Qənirə Paşayeva “Vikipediya”ya etiraz etdi




Millət vəkili Qənirə Paşayeva "Vikipediya"da Azərbaycan əleyhinə yayılan yanlış məlumatlara qarşı daha fəal mübarizəyə çağırış edib. 

Sherg.az xəbər verir ki, xanım millət vəkili bu gün Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, "Vikipediya"da Azərbaycanın tarixi, tarixi şəxsiyyətləri , mədəniyyəti və digər məsələrdə çox ciddi yanlış məlumatlar geniş yayılır:

 "Müxtəlif ölkələrdən insanlar Azərbaycanla bağlı məlumat almaq istədikdə daha çox müraciət edilən ünvanlardan biri "Vikipediya"dır. Burada Azərbaycanla bağlı yanlış məlumatların olması hamımızı narahat etməlidir və "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün müvafiq qurumlar və cəmiyyət olaraq səylərimizi artırmalıyıq”.

Q.Paşayeva Azərbaycanın müxtəlif bölgələri, tarixi yerlərimizlə bağlı adların .com, .net, .org domenlərinin bəzilərinin ölkəmizin düşmənlərinin əlinə keçməsi və bundan Azərbaycana qarşı yanlış məlumatlar yaymaq üçün istifadə etdiklərini diqqətə çatdırıb: "Bu hallar hamımızı narahat etməlidir və bunun qarşısının alınması istiqamətində daha nələr edə bilərik deyə, müzakirələr aparıb səylərimizi daha da artırmalıyıq".

Anar