Ekspert YAP-çı deputatı təndiq etdi: "Heç arzulamazdım ki..."




"Cəmiyyətin bütün sahələrinin sosial mediaya inteqrasiya etdiyi bir zamanda, ölkəmizin indiki inkişaf səviyyəsində bu cür yanaşmalar təəssüf doğurur". 

Bunu Shergaz-a Milli Məclisin bugünkü iclasında millət vəkili Siyavuş Novruzovun "Feysbukda status yazmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunsun" təklifini dəyərləndirərkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Ekspertin fikrincə, bütün dünyada olduğu kimi bizdə də təhlükəsizliklə bağlı problemlər var. Və bunun aradan qaldırılması, qarşısının alıması ilə bağlı da yetərincə tədbirlər görülür, qanunvercilk aktları qəbul edilib və elə bu gün də edilməkdədir: 

"Düşünürəm ki, təhlükəsizliklə əlaqəli qurumların peşəkarlığını artırmaq, maarifçiklik işləri aparmaq, sosial medianın faydalı tərəflərini inkişaf etdirmək, Facebook, Google və s. bu kimi global resurslarla əməkdaşlıq etmək, onları ölkəmizə dəvət etmək, onlarla informasiya münasibətlərini qaydaya salmaq daha doğru yanaşma olardı. Təhlükəsizlik məqsədilə özünün milli sosial şəbəkəsinin yaradılmasına üstünlük verən ölkələr, hətta internet resurs hazırlamaqla bağlı polisdə qeydiyyatdan keçməyi tələb edən ölkələr olmuşdu. Amma bu tipdə təşəbbüs eşitməmişdim. 

Bunu heç arzulamazdım ki, ölkəmizin indiki inkişaf səviyyəsində bu tip suallar, təkliflər səslənsin. Arzulayıram və ümid edirəm ki, Siyavuş bəyin növbəti çıxışından sonra münasibət bildirmək üçün jurnalistlər mənə " 5G-yə icazə ilk olaraq kimə veriləcək”, " Adambaşına düşən internet sürəti nə zaman 1 Gb/san olacaq”, "Dronlardan ölkəmizdə istifadəyə nə zaman icazə veriləcək”, "ÜDM-də İKT-nin xüsusi çəkisi nə zaman 10% olacaq ” , "PayPal niyə Azərbaycana yetərincə diqqət göstərmir" və s. bu kimi suallar da ünvanlayacaql"
 Ayyət Əhməd