Vəhşi bir qurdla bir it qarşı-qarşıya gələrsə nə olar? - FOTOLAR

2003-cü ilin qışında, Alyaskanın Juneau qəsəbəsinə birdən-birə meşədən qara bir qurd gəldi.
O sırada çöl həyatını lentə alan Nick Jans və Dakotah adlı iti evlərinin arxa tərəfində oturmuşdu.
Dakotah, birbaşa vəhşi qurdun yanına doğru qaçmağa başladı.
Jans, itinin qurd tərəfindən vəhşicəsinə öldürüləcəyini düşünərkən çaşdırıcı bir şey oldu.
Əksinə qurd nə təcavüzkar idi, nə də dişlərini göstərirdi. Qurd, hücum etmək əvvəzinə itlə əvvəl tanış oldu, daha sonra birlikdə oyun oynamağa başladı.
Jans, tez tələsik kamerasına sarıldı və həmin anı xatirəyə çevirməyə başladı. Bir müddət sonra qurd gözdən itdi. Ancaq qısa bir müddət sonra geri gəldi. Qurd, hərdənbir Nicki ziyarət etməyə başladı və hətta Nick xizəklə məşğul olarkən onu izlədi.(milliyet)
Romeo adını qoyduqları qurd tez-tez gedib - gəlməyə başladı. Nick bütün zamanını bu heyvanı sənədləşdirməyə həsr etdi. Romeo o bölgədə insanlar və itlərlə oyun oynayaraq tam 6 il qaldı. "Safkan bir çöl qurdu idi. Bəzilərinin iddia etdiyi kimi heç ev həyatı sürməmişdi. Çünki elə olsaydı, yemək istəmək üçün bizə gələrdi. Özünü idarə edən ədəbli bir heyvan idi və istədiyi zaman ortaya çıxırdı. O dövrdə oranın simvolu halına gəldi. 2010-cu ildə Romeo ovçular tərəfindən öldürüldü.  Romeonu, qəsəbə sakinlərin əsla unutmadı.