Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB




Dünən Bakının Nərimanov rayonu ərazisində itkin düşən 18 yaşlı qız tapılıb. 

11-ci sinif şagirdi olan N.K-nın oxuduğu 202 saylı orta məktəbin direktoru Qasım Qasımov Lent.az-a bildirib ki, dünən evə gec gedən məktəblinin anası təşvişə düşərək polisə müraciət edib: 

"Həmin qızın qardaşı qızılca olub, ona görə də bu gün məktəbə gəlməyib. Mən əlaqə saxlayıb maraqlandım, uşaq hazırda evlərindədir".