Azərbaycanda at arabası aşdı: ölən var




Qax rayonunda bədbəxt hadisə baş verib.

 Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 13-də Qax rayonunun Qorağan kəndində kənd sakini Şahin Əliyev sürdüyü at arabasının aşması nəticəsində aldığı xəsarətdən ölüb.
Araşdırma aparılır.