Üçüncü bir ayaqla doğuldu

Amma həkimlər onun həyatını xilas etdilər
100 mində bir insanda təsadüf edən deformite ilə doğulan körpə hələ 6 günlük olarkən həyati bir əməliyyat geçirdi. Hindistanda Srilatha Kanchanapally adlı bir qadın keçən həftə sağlam bir qız uşağı dünyaya gətirib. Yalnız bir şey xaricində...
"Daily Mail”in xəbərinə görə, talehsiz körpənin tamamilə inkişaf etmiş üçüncü bir ayağı da vardı.
Həkimlərin parazit bir əkizdən qaynaqlandığını düşündüyü üçüncü ayağın alınması və körpənin normal bir həyat yaşaması üçün başqa bir xəstəxanaya sövq edildi. Üçüncü ayaq üç saat davam edən müvəffəqiyyətli bir əməliyyatla alındı. Əməliyyatı reallaşdıran həkimlərdən Dr. Ramesh Reddy, bu cür hadisələrin olduqca nadir olduğunu və 100 min doğuşdan bir göründüyünü söyləyir. Həkimlərə təşəkkür edən ana Srilatha isə körpəsinin normal bir həyatı olacağı üçün şükr edir.