29 yaşlı arvadını əlləri ilə boğdu




Azərbaycanda kişi arvadını qətlə yetirib.
Report-un məlumatına Naxçıvan şəhərində 30 yaşlı Elvin Yusifov həyat yoldaşı 29 yaşlı Minurə Yusifovanı əlləri ilə boğaraq öldürüb.
Hadisədən sonra E.Yusifov polisə gedərək təslim olub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.