Bərdə sakini Kürdəmirdə mənşəyi bilinməyən əti satmağa çalışıb





Kürdəmir rayonunda heç bir sənədi olmayan ətin satılmasının qarşısı alınıb.

APA xəbər verir ki, ötən gün axşam saatlarında rayon baytarlıq xidmətinin və polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Bərdə rayon sakini, Amil Elşən oğlu Ələkbərovun idarə etdiyi "Mercedes” markalı minik maşınının baqaj və salon hissəsindən hissələrə bölünmüş, heç bir sənədi olmayan 700 kiloqrama yaxın ət aşkar olunub.

Müvafiq orqanlar tərəfindən yerindəcə akt tərtib olunub və ətdən nümunələr götürülüb.

Fakt araşdırılır.