Sumqayıtda 6 nəfərin ölümünə səbəb olan sürücüdən XƏBƏR VAR




Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə isintaqı başa çatıb.

Sherg.az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. 1976-cı il təvəllüdlü E.Bayramovun idarə etdiyi "Wolskvagen Passat" markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlunun idarə etdiyi "VAZ-21102" markalı, 66-BS-663 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21102" markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin "Wolskvagen Passat" markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər.

"Wolskvagen Passat" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, E.Bayramovu xilas etmək mümkün olmayıb.

Hadisədən sonra E.bayramov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.