Türkiyənin Zonguldak şəhərində bir restoranda qarson işləyən 25 yaşlı Gülveren A., 3 yaşl oğulu Əmir Canı cib telefonunun şarj kabeliylə boğaraq öldürdükdən sonra biləklərini kəsərək intihara cəhd etdi.
Türk mediası xəbər verir ki, hadisə, bu gün səhər saatlarında şagird xidməti sürücüsü 26 yaşlı Olcay A.ın, həyat yoldaşı, anası və atasıyla birlikdə yaşadığı evində baş verib. Restoranda qarson kimi çalışan Gülveren A., həyat yoldaşı Olcay A.ın çörək almaq üçün baqqala getməsinin ardından yataq otağında yatan oğulu Əmir Canın yanına gedərək qapını kilidlədi. Uşağın ağlamaq səslərini eşidən qayınata otağının qapısını aça bilmədi. Oğulunu cib telefonundan axtararaq xəbər verdi. Evə gələn Olcay A. də qapını aça bilmədi. Pəncərədən yataq otağına girən Olcay A., oğulunu hərəkətsiz yatarkən, həyat yoldaşını isə biləkləri kəsilmiş qanlar içində aşkarladı.
DƏRMAN İÇİB BİLƏKLƏRİNİ KƏSİB
Hadisə yerinə gələn sağlamlıq qrupları, Əmir Canın boğularaq həyatını itirdiyini təyin edib. Çox sayda dərman içdiyi və biləklərini kəsdiyi təsbit edilən Gülveren A. isə təcili yardımla əvvəl Çayçıma dövlət xəstəxanasına, ardından da Zonguldak Atatürk dövlət xəstəxanasına sövq edildi. Həyati təhlükəsi olan Gülveren A., reanimasiyada müalicə altına alındı. Jandarma qruplarının araşdırmasında Əmir Canın, cib telefonunun şarj kabeliylə boğularaq öldürüldüyü təsdiqləndi. Əmir Canın qəti ölüm səbəbi yarılmanın ardından müəyyən olacaq.
İstintaq zamanı Gülveren A.ın keçən 5 iyulda jandarmaya həyat yoldaşından şiddət gördüyü iddiasıyla müraciət etdiyi öyrənildi. Buna görə Olcay A.a evdən uzaqlaşdırma cəzası tətbiq olunduğu, ancaq cütlük barışdıqdan sonra həyat yoldaşının evə döndüyü öyrənildi.