
30 illik məzarı açmaq istədilər
21:44 28.04.2016
Arxiv
627
Hadisənin terror və ya məzar oğurluğu olduğundan şübhələnən vətəndaşlar polis çağırdı

Türkiyənin Adıyaman bölgəsində qəribə bir hadisə yaşanıb. 30 il əvvəl həyatını itirən Mulla Kosaların məzarı yaxınları tərəfindən icazəsiz açılaraq, cəsəd Adıyamanın mərkəzindən kəndə aparılarkən polis hadisəyə əl qoydu.
Məlumata görə, təxminən 80 yaşında, 30 il əvvəl həyatını itirən Mulla Kosalar, yaxınları tərəfindən Karapınar məhəlləsində olan bir dərənin ətəyinə dəfn edildi.
Yaşlı adamın torpağa verilməsindən 30 il sonra qəbiristanlığın olduğu nöqtəyə daşların tökülməsindən sonra bir çox məzar daşların altında qaldı.
Vəziyyəti fərq edən Mulla Kosaların yaxınları Kosaların məzarını açıb, 30 illik cəsədi Kotur kəndinə aparmaq istədi. Yaxınları səhər saatlarında Kosaların məzarı başına gələrək məzarı kürək bellərlə açmağa başladı. Hadisənin terror və ya məzar oğurluğu olacağından şübhələnən vətəndaşlar isə vəziyyəti polis qruplarına bildirdi. Hadisə yerinə gələn Terrorla Mübarizə Şöbə
Müdirliyi ilə Asayiş Şöbə Müdirliyi qrupları, Kosalar ailəsinin məzar açma və cənazə nəql etmə sənədinin olmadığını əsas gətirərək qazıntı işlərini dayandırdı və məzar açıldığı kimi təkrar bağlanıldı. Mulla Kosaların bacısı oğlu Əziz Kosalar, "Burada əvvəldən bir çox məzarlar vardı. Və onların çoxu daşların altında qaldı. Baxdıq, "bizim məzar da altda qalacaq,” dedik cənazəmizi götürüb kəndə aparaq, o da icazə sənədi lazım imiş” deyə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial