Deputat Elnarə Tofiqqızının ölümü ilə bağlı Baş Prokurorluğa müraciət etdi



Millət vəkili Çingiz Qənizadə ərizə ilə ona müraciət etmiş jurnalist Anar Niftəliyevin xanımı Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı Milli Məclisə daxil olmuş ərizəni baxılması üçün Baş Prokurorluğa göndərib.
Bu barədə Modern.az-a deputatın köməkçisi məlumat verib.
Deputat Baş Prokurorluqdan ölüm işinin obyektiv araşdırılması və hüquqi qiymət verilməsini xahiş edib.
Xatırladaq ki, jurnalist Anar Niftəliyevin xanımı Elnarə Tofiqqızı "Medi Sina” klinikasında əməliyyat olunarkən dünyasını dəyişib.