"...Qarşıya yeni əngəllər çıxa bilər"




"Təhsil sahəsində bu cür boşluqlar köhnə sistemin qalıqlarıdır”.

Bunu Sherg.az-a təhsildə son günlər aşkarlanan boşluqların səbəblərini izah edərkən professor Füzuli Məhəmməd deyib. 

O bildirib ki, yavaş-yavaş artıq bu problemlər aradan qaldırılır:

"Həmin artıq ştatların aşkarlanması onu göstərir ki, nazirlik bu istiqamətdə ciddidir və get-gedə boşluqları aradan qaldıracaq. Əslində son vaxtlar direktorların təyin olunma mexanizmi də xeyli yaxşılaşıb. Seçim nəticəsində layiqli şəxslər yoxlama üsulu ilə təyin olunurlar. Sözsüz ki, onlar da əvvəlki kimi işləməyəcəklər. Təhsildə daha səmərəli vəziyyət gözləmək olar. Bu proses – sınaqların aparılması, yoxlamalar davam edir, qarşıya yeni əngəllər çıxa bilər. Bu həmin əngəllərdən biridir. Ümid edirik ki, zamanla bunlar öz həllini tapacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən islahat aparılan dövrdə yerli xərclərin şəbəkəsində bir sıra nöqsanlar və uyğunsuzluqlar da aşkar edilib ki, bunların aradan qaldırılması üçün aidiyyəti tədbirlər görülüb və görülməkdə davam edir.

Aysel Aslan