"Fransızlar erməniləri əzilmiş, döyülmüş etnos kimi qəbul edir"




"Fransada prezidentliyə namizədlər ilk növbədə öz ölkələrinin maraqlarını hər şeydən öndə tutan siyasi liderlərdir və bu situasiyanı Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də qoruyacaqlar”.

Bunu Sherg.az-a Fransada yeni gələcək prezidentin Dağlıq Qarabağ münaqişəsinə təsirlərini izah edərkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, Fransadakı erməni icması böyük qüvvədir:

"Onların kapitalı var, ermənilər 10 illiklərlə özlərini yazıq gəlinən hala gətirdiklərinə görə hamının kövrək münasibətini qazanmağa nail ola biliblər. Bu baxımdan fransızlar erməniləri əzilmiş, döyülmüş, söyülmüş etnos kimi qəbul edirlər. Ona görə də birmənalı şəkildə onlara olan münasibətləri fərqlidir.

Seçkilərdə həmin erməni icmasının səslərini toplamaq istədiklərinə görə namizədlər fikirlər səsləndirirlər ki, Qarabağ ermənilərin olmalıdır. Bunlara inanmaq lazımdı deyil. Çünki əvvəla həmin şəxslər seçkiyə qədər olan namizədlərdir. Yəni onların dedikləri heç bir öz hüquqi qüvvəyə malik deyil. Onların səsləndirdikləri iddialar seçiciləri cəlb etmək üçündür. Yox əgər bu yaxın zamanlarda namizədlərdən biri dövlətin başçısı olacaqsa, ya Le Pen ya da Makron bu məsələdə ölkə prezidenti kimi daha ciddi addımlar atmalıdır. Seçkiyə qədər namizəd qismində onlar deyə bilərlər ki, Qarabağı ermənilərə vermək lazımdır, amma seçkidən sonra artıq danışıqların, münasibətin, mövqeyini fərqini biz görəcəyik. Onların ciddi məsələyə fərqli yanaşması, məsuliyyətli çağırışı müşahidə olunacaq. Bir var namizəd qeyri-rəsmi səviyyədə bu məsələləri səsləndirir, bir də var ki, ölkə prezidenti kimi daha ağıllı, məntiqli açıqlamalar verir”.

Aysel Aslan