"Ermənilər Şuşanı "paytaxt" seçməklə..."




"Ermənilər Şuşanı "paytaxt" seçməklə bir neçə məsələni həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan, yəni strateji baxımdan öz xeyirlərinə həll etmək istəyirlər"

Bu barədə Sherg.az-a "Guya Dağlıq Qarabağın erməni icması Şuşanı öz mərkəzi şəhəri elan edəcək" bəyanatına münasibət bildirərkən analitik Arzu Nağıyev bildirib. 

O qeyd edib ki, əsrlər boyu alınmaz qalaya çevrilən Şuşanı zəbt etməklə bunlar öz "qəhrəman"lığını göstərmək istəyirlər: 

"Digər tərəfdən dövlətin adını dəyişib Artsax qoymaqla yeniləşmə və təbii ki, özlərinin qondarma idarəçi qurumlarını ora köçürmək istəyirlər və İrəvana daha yaxın olurlar. Çünki qəflətən Dağlıq Qarabağla bağlı rayonların boşaldılması başlasa, ən son anda Şuşa və Laçın gündəmə gələ bilər. Bundan başqa ermənilərin lobbiçilik siyasəti Şuşa ilə Xankəndiylə müqayisədə daha çox bağlıdır. Yəni əsas məqamlar budur və Şuşa yüksəklikdə yerləşdiyi üçün həm də strateji əhəmiyyəti daha çoxdur. 

Təbii ki, Azərbaycan tərəfi belə halları daim nəzərə alıb və Beynəlxalq təşkilatlar da bu haqda məlumatlıdırlar. Bunun üçün də əsasən xarici siyasətdə mühüm addımlar atmaq lazımdır və düşünürəm ki, atılır".

Ayyət Əhməd