Donbas döyüşçüləri ilə dalaşan qrupa azərbaycanlı rəhbərlik edir?
12:10 15.05.2017
Arxiv
558
Ukraynanın Dnepr şəhərində 9 May münasibəti ilə keçirilən paradda baş vermiş kütləvi dava ilə əlaqədar saxlanılan 9 nəfər arasında əslən Azərbaycanın Cəbrayıl rayonundan olan Natiq Mustafayev adlı şəxs də var.
Milli.Az xəbər verir ki, Dnepropetrovsk vilayəti Babuşkin rayon məhkəməsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ukrayna daxili işlər naziri Arsen Avakovun "Facebook"dakı rəsmi səhifəsində N. Mustafayevi Donbas döyüşlərində iştirak edən Ukrayna hərbçilərinə hücum edən qrupun rəhbəri kimi təqdim etməsinə gəlincə, məhkəmədən bildirilib ki, bu barədə yalnız istintaq yekunlaşdıqdan sonra konkret danışmaq mümkün olacaq.
Qeyd edək ki, mayın 9-da Dneprdə faşizm üzərində qələbənin 72-ci ildönümü ilə bağlı keçirilən bayram şənliyində bir qrup şəxs Donbas döyüşlərində iştirak edən Ukrayna hərbçilərinə hücum edib, nəticədə kütləvi dava olub. Bunun ardınca Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov istintaq başlamadan hücumda iştirak edən qrupun rəhbərinin Dnepr şəhərinin sakini, əvvəl məhkum olunmuş Natiq Mustafayevin olduğunu yazıb.
N. Mustafayevin atası Namiq Mustafayev əslən Cəbrayıl rayonundan, anası isə ukraynalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə