Azərbaycan kiberhücumlardan necə qorunur? - Yetərli iş aparılmayıb
13:18 15.05.2017
Arxiv
603
Osman Gündüz: "Zamanla ölkəmizdə bunun fəsadlarını görürük"
"Dünya qloballaşdıqca, ölkələr qlobal şəbəkəyə inteqrasiya etdikcə kiberhücumlar və təhlükələr də getdikcə artır”.
BunuSherg.az-a son günlər dünyanı təşvişə salan kiberhücumlardan danışarkən Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.
Bu hücumların əvvəlkindən bir qədər fərqli olduğunu deyən ekspertin sözlərinə görə, son dövrlərin statistikası onu göstərir ki, bunun arxasında artıq bəzi dövlətlər, maliyyə qrupları, təşkilatlar və maraqlar dayanır:
"Kiberhücumlar artıq şəxslər səviyyəsində deyil. Azərbaycanı istəyənlər və istəməyənlər var. Dövlətimizin çökməsini istəyən qüvvələr bu cür "silahlardan” istifadə edirlər. Bunu dövlətlər də, maliyyə qrupları da, təşkilatlar da edə bilər. Son dövrlərdə Azərbaycanda kiberhücumların qarşısının alınması ilə bağlı müəyyən addımlar atılıb. Dövlət və qeyri-dövlət sektoruna cavab verən qurumlar ayrılıb. Qeyri-dövlət sahəsinə keçən qurum Elektron Təhlükəsizlik Mərkəzi, dövlət qurumu isə Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyidir. Müəyyən hüquqi sənədlər qəbul olunub, beynəlxalq konvensiyalara qoşulma təmin olunub, infrastruktur qurulub, dövlət orqanlarının informasiya resurslarının qorunması gücləndirilib. Amma yetərli iş aparılmayıb. Zamanla ölkəmizdə bunun fəsadlarını da görürük. Xüsusilə, hazırda ölkəmizdə böyük beynəlxalq tədbir keçirilir. İddia etmirəm ki, bu, böyük xarici qüvvələrin təsiri altındadır. Ona görə, görülən tədbirləri istisna etmək olmaz”.
Ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər zamanı ciddi təhlükələr yaşanmadığını diqqətə çatdıran O.Gündüz xatırladıb ki, buna qədər 2012-ci ildə "Eurovision” musiqi yarışması Azərbaycanda keçirilən vaxt kiberhücumlar olmuşdu:
"Bu tədbirdən sonra aidiyyatı qurumlar informasiya sahəsinə ciddi diqqət yetirdilər. Bu ətrafda xeyli addımlar atıldı. Nəticə olaraq uğurlu işlər görüldü və ötən beynəlxalq yarışlar vaxtı ciddi kiberhücumlar baş vermədi. Amma indi getdikcə texnologiyaların inkişafı gücləndikcə, qloballaşma sürətləndikcə gərək beynəlxalq əməkdaşlıq güclənsin, yeni texnologiyalar öyrənilsin, peşəkar kadrlar hazırlansın. Bu sahəyə aidiyyatı qurumların diqqəti artırılmalıdır”.
Qeyd edək ki, Mayın 12-də qlobal miqyasda genişmiqyaslı haker hücumları baş verib.
Məlumata görə, dünya üzrə təxminən 150 min kompüter kiberhücuma məruz qalıb.
"İntel” şirkəti xüsusi online-xəritə tərtib edib, orada dünya miqyasında kompüterlərin necə yoluxduğu görünür. "WannaCrypt” ("WCry” də deyilir) adlı virus mayın 12-də gündüz saatlarında yayılmağa başlayıb. İlk hücuma məruz qalan ölkələrdən biri İspaniya olub. Bu ölkədə iri texnoloji şirkət Telefónica”, qaz şirkəti "Gas Natural”, elektrik təchizat şirkəti "İberdrola” , "Santander” bankı və KPMG konsaltinq şirkəti hücuma məruz qalıb.
Böyük Britaniyada hakerlər səhiyyə sisteminin kompüter şəbəkələrini hədəf seçib. Rusiyada Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi kimi mühüm qurumlara hücum edilib.
Virus kompüterdəki bütün faylları şifrələyir və bunu açmağın müqabilində pul tələb edir. Hər ölkədə bu tələb yerli dildə ekranlara çıxır. Ödəniş üçün 3 gün vaxt verilir. Bu müddətdən sonra tələb olunan miqdar iki dəfə artır. Ödəmə olmadıqda 7 gün sonra fayllar birdəfəlik itir.
"Kasperski Laboratoriyası” 74 ölkə üzrə 45 minə yaxın hücum qeydə aldığını açıqlayıb.
Qeyd edək ki, "WannaCrypt” virusunun erkən versiyası haqda məlumatlar bu ilin fevralında bəlli olub. O, yalnız "Windows” əməliyyat sistemində yayılır. "Microsoft” korporasiyası virusun istifadə etdiyi boşluqları bağlayıb. Şirkət öz istifadəçilərini əməliyyat sistemini yeniləməyə çağırıb. Virusun yoluxduğu kompüterlər məhz yenilənmənin olmadığı kompüterlərdir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə