Banklardan növbəti BİABIRÇILIQ - Əhalini soyurlar
14:19 15.05.2017
Arxiv
1696
Vətəndaşların kredit borcu bitdikdən 2 -3 il sonra bank həmin vətəndaşın evinə zəng vuraraq "15 manat faiz qalığın 3 il müddətində 200 manata çatıb, gətir, ödə" deyir
"Vətəndaşlar özlərinə gələcəkdə problem yaratmamaq üçün hər hansı iş görməzdən əvvəl mütləq müqavilə imzalamalıdır”.
Bunu Sherg.az-a Bakıda bir neçə nəfərin polisə müraciət edərək, Sarayevo küçəsi 13 ünvanında yerləşən lombarddan şikayət etməsinə münasibət bildirərkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
O bildirib ki, vətəndaşlar problemlə qarşılaşmamaq üçün müqavilə imzalamalıdırlar:
"Biz bir qədər səbirsiz xalqıq. Nəyi isə əldə etmək üçün bir qədər səbirlə yanaşmaq lazımdır. Bir gün vaxt ayrılmalıdır. Müqavilə imzalanmalıdır və konkret şəkildə qarşı tərəf sövdələşmədə ifadə olunmalıdır. Kredit müqabilində qızılları götürən şəxslər bunu qaytarmırsa, birbaşa olaraq hüquq mühafizə orqanlarına müraciət edərək, dələduzluq maddəsi ilə araşdırılma aparılmalıdır. Vətəndaş aidiyyatı üzrə şikayət edibsə, hüquq mühafizə orqanları buna dərhal reaksiya verəcək".
Vətəndaşarın kredit borcu bitdikdən 2 -3 il sonra bankın vətəndaşına evinə zəng vuraraq "sənin banka 3 yüz manat borcun qalıb" kimi oyunlarına gəlincə, ekspert qeyd edib ki, borc bağlandıqda mütləq bankdan sonuc arayış almaq lazımdır ki, müqaviləli kreditin icrası təmin edilib, qarşı tərəfin heç bir borcu yoxdur:
"Bu sənədə maliyyə arayışı da demək olar. Həmin arayışı aldıqdan sonra rahatlıqla ödəniş haqqında qəbzi atmaq da olar. Həmin sənəd isə kredit tarixçəsi olduğundan gələcəkdə başqa banklardan kredit götürəndə də bu, lazım olacaq.
Vətəndaşlar ehtiyatlı olmalıdır. Heç kimə etibar etmək olmaz. Bu o demək deyil ki, insanlar bir birinə inanmasın. Sadəcə ehtiyatı əldən buraxmamaq lazımdır. Çünki bu insan faktorudur. Ola bilər ki, vətəndaşın borclu qaldığı çox cüzi məbləği bankın əməkdaşı görə bilməyib. Sonra isə canı yanmır ki, vətəndaşı tapıb, SMS göndərsinlər. Əgər belə halla qarşılaşan vətəndaş məhkəməyə müraciət edərsə, sözsüz ki, bu zaman bank haqsız çıxacaq. Buna görə birmənalı bütün sövdələşmələr diqqətlə oxunan müqavilələrlə təsdiqlənməlidir. Məsləhət görürəm ki, kredit götürən vətəndaşlar səbirsizlik etmədən həmin müqavilələrlə dəqiq tanış olub, sənədi elə imzalasınlar”.
Qeyd edək ki, Təranə Əsgərova və Azər Atamov adlı iki vətəndaş Xətai rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, müvafiq olaraq həmin lombarda 31 və 188 qram qızıl qoyaraq 500 və 2500 manat pul götürüblər. Onlar pulu nəzərdə tutulan vaxtda qaytardıqlarını, lakin qarşı tərəfin qızılları geri vermədiyini deyiblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə