Gömrük komitəsindən Ermənistandan məhsul gətirilməsi haqda AÇIQLAMA
15:31 15.05.2017
Arxiv
251
Dövlət Gömrük Komitəsi (DGK) Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycana gətirilməsi barədə xəbərlərlə bağlı məlumat yayıb.
DGK-nın mətbuat xidmətindən "APA-Economics”ə daxil olan məlumatda bildirilir ki, bəzi KİV-də Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycanın gömrük sərhədindən keçirilməsi və ölkə ərazisində realizə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılıb.
DGK bununla əlaqədar bildirir ki, ölkə ərazisinə gətirilən kənd təsərrüfatı məhsulları sərhədkeçmə prosesi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlər - mənşə, fitosanitar, baytarlıq sertifikatları və digər zəruri sənədlər ciddi şəkildə yoxlanıldıqdan, lazım olduqda müəyyən laborator analizlər aparıldıqdan sonra gömrük sərhədindən keçirilməsinə icazə verilir.
"Qanunvericiliyin tələblərinə uyğun olmayan hal qeydə alındıqda isə dərhal zəruri tədbirlər həyata keçirilir. Üstəlik Azərbaycan Nazirlər Kabinetinin 305 saylı qərarında aparılan son dəyişikliklərə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kq ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə bilər ki, bu dəyişiklik də bu sahədə nəzarətin daha da gücləndirilməsinə şərait yaradır və əvvəllər yol verilən sui-istifadə hallarının qarşısını alır”, - deyə məlumatda deyilir.
DGK bir daha bəyan edir ki, idxal-ixrac əməliyyatları zamanı mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu tələblərə cavab verməyən malların gömrük ərazisinə gətirilməsi qeyri-mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə