Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
16:06 15.05.2017
Arxiv
614
Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Yubiley tədbirinə şairin doğulduğu Yuxarı Salahlı kəndindən başlanılıb. Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun poeziya evinə gələrək böyük şairin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Sonra tədbir M.P.Vaqifin kənddəki abidəsi önündə davam etdirilib. Şairin abidəsi önünə gül-çiçək dəstələri qoyan tədbir iştirakçıları şairin xatirəsini böyük ehtiramla anıblar.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yubiley tədbirini giriş sözü ilə açaraq qonaqları salamlayıb. Sonra Respublika Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən mütəfəkkir şair M.P.Vaqifin yubiley tədbirlərinin keçirildiyini qeyd edib. Bu yubileyin qazaxlılar üçün, bütün Vaqifsevərlər üçün böyük poeziya bayramı olduğunu vurğulayıb.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal M.P.Vaqifin həyat və yaradıcılığından danışandan sonra söz qonaqlara verilib. Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək M.P.Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açıblar.
M.P.Vaqif nəslinin davamçısı Vidadi Müftizadə çıxış edərək yüksək səviyyədə yubiley tədbirinin keçirilməsinə və Vaqif yaradıcılığına, poeziyasına verilən dəyərə görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova ailəsi adından, Vaqif nəslinin nümayəndələri adından öz dərin minnətdarlığını bildirib.
Respublikamızın müxtəlif bölgələrindən gəlmiş şairlər çıxış edərək öz yeni şeirlərini oxuyublar. Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri və Bakı Dövlət Universiteti Qazax filialının tələbələrinin ifasında şairin şeirlərindən parçalar oxunub və "Vaqif” pyesindən bir səhnə nümayiş olunub.
Sonra yubiley tədbiri rayon Gənclər Mərkəzində keçirilən elmi-praktik konfransla davam etdirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyublar.
Konfrans M.P.Vaqifin həyat və yaradıcılığından bəhs edən "M.P.Vaqif” adlı filmin nümayişi ilə öz işinə başlayıb.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq ilk öncə qonaqları salamladıqdan sonra məruzə ilə çıxış edib.
Sonra AMEA-nın Ədəbiyyat İnstitutunun professoru İslam Qəribli, AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, AYB-nin Qazax filialının sədri Barat Vüsal, Azərbaycan Slavyan Universitetinin professoru Rüstəm Kamal, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Kazımov, dosent, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Aslan Salmanov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov konfransda çıxış edərək M.P.Vaqif yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
Yubiley tədbiri Olimpiya İdman Kompleksində təşkil olunan bayram konserti ilə davam etdirilib.
Elçin İSMAYIL
Qazax rayonu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə