"Qərarı ləğv etdirmək üçün bir ay vaxtımız var"




Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən narahatlığını bildirib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, M. Zabelin qeyd edib ki, Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara münasibətini yüksək qiymətləndirir: "Bizi Konqresin ləğvi qərarı narahat edir. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətlərini ifadə etdilər. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır".