90 ildir ailənin hər üzvü belə doğulur

140 ailə üzvü nəsildən- nəsilə eyni dərdlə yaşayır
Hindistanda əl barmaqları olduqca qəribə bir şəkildə bir-birinə yapışıq olan ailədə bu xüsusiyyət nəsildən - nəsilə keçir. Tayı bənzəri görünməmiş ailə bunu Tanrının verdiyi bir cəza olaraq görür.
Hindistanda 140 ailə üzvü nəsildən- nəsilə eyni dərdlə yaşayır. İlk dəfə 90 il əvvəl ailədə ortaya çıxan vəziyyətdən çox da şikayətçi olmayıblar. Hətta əməliyyat keçirməyi rədd ediblər. Çünki bunun bir lənət olduğuna inanırlar və bunu yaşamaları lazım olduğunu düşünürlər. Əməliyyatla barmaqlarını düzəltmələri vəziyyətində pis ruhlu bir iblisin gələcəyindən qorxurlar.
Ailənin ən yaşlı üzvü 70 yaşlı Sarasu Kannathu "Biz estetik əməliyyatı bir variant olaraq belə heç bir zaman görmədik” deyir. Genetik bir narahatlıq səbəbiylə barmaqları fərqli olan ailə gündəlik işlərini rahatlıqla edir. Yemək bişirə bilir, paltar yuya bilir, hətta ağac belə kəsə bilirlər.