BDAT-da struktur və kadr islahatları...




"Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında (BDAT) struktur və kadr islahatları aparılıb”.

Sherg.az məlumat verir ki, təşkilatın məlumatına görə, struktur formalaşması nəticəsində qurumda yeni şöbələr yaradılıb və təyinatlar olub.

Gənc jurnalist Elşən Yəhyayev Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub və dərhal vəzifəsinin icrasına başlayaraq aktiv diaspora fəaliyyəti göstərir.

Təşkilatın Gürcüstan üzrə koordinatorluğuna da yeni təyinat olub. Belə ki, 16 yaşında "Gürcüstan gözəli” seçilmiş universal istedada malik azərbaycanlı gənc xanım Aysel Məmmədova Gürcüstan üzrə koordinator vəzifəsini icra edəcək.

Xatırladaq ki, o, Tiflisdə həm teatr aktrisası və müğənni, həm də teleaparıcı kimi fəaliyyət göstərir. 5 dil bilən poliqlot xanım Beynəlxalq Qara Dəniz Universitetini "Beynəlxalq Əlaqələr” ixtisası üzrə təhsil alıb.

Bundan əlavə qeyd edək ki, hazırda BDAT-da strukturun formalaşması prosesi davam edir.