Qarabağ qazisinin atası: "Şou düzəltməyin"



 

Oğlumun ölümü ilə bağlı şou düzətməsinlər. Heç bir aksiya lazım deyil". Bunu bir necə gün əvvəl özünü yandıran və ötən gün xəstəxanada vəfat edən Qarabağ qazisi Zaur Həsənovun atası Həsən Həsənov deyib.
Qazinin həyat yoldaşı isə ərinin ölümündə günahı olanları ittiham edib. "Balalarımı atasız qoyanın Allah cəzasını versin".
Qeyd edək ki, mərhumla vida mərasiminə millət vəkili Hadı Rəcəbli, Səyavuş Novruzov və Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da gəlib.