Yaponiyanın paytaxtı Tokioda liseydə oxuyan 14 şagird "super acılı" kartof çipsləri qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tokionun Ota rayonundakı Rokuqo Koka Liseyində 13 qız və bir oğlan şagird ürəkbulanma və qarın ağrısından şikayətlənib. Araşdırmada şagirdlərin məktəbə “18+ köri çipsi” etiketli və “super acılı” kimi tanınan kartof çipsləri gətirdikləri müəyyən edilib.