Şolts Almaniyanın büdcə layihəsinin əsas prioritetini açıqlayıb
17:19 17.07.2024
Gündəm
352
Təhlükəsizliyin təmin edilməsi Almaniyanın 2025-ci il üçün razılaşdırılmış büdcə layihəsinin əsas prioritetidir.
“Report” Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə kansler Olaf Şolts bildirib.
“Çətin vaxtlarda Almaniya sabitliyin lövbəri olmalıdır. Almaniya hökumətinin buna görə məsuliyyəti var, ona görə də biz indi təsdiq olunmuş büdcə layihəmizdə aydın prioritetləri müəyyənləşdiririk. Əsas diqqət təhlükəsizlik məsələsidir, onsuz qalan şeylərin heç biri olmayacaq”, - o deyib.
Eyni zamanda, kansler xatırladıb ki, Almaniya ÜDM-in 2 %-dən çoxunu müdafiəyə sərf etməyi öhdəsinə götürür.
“Polisimizi və digər təhlükəsizlik orqanlarını təchiz etmək üçün əlavə təxminən 1 milyard avro da lazım olacaq” – Şolts vurğulayıb.
Xatırladaq ki, bu gün Almaniya Nazirlər Kabineti 481 milyard avro dəyərində büdcə layihəsini təsdiqləyib. Amma onun hakim koalisiyada təsdiqlənməsi planlaşdırıldığından daha uzun çəkib. Belə ki, koalisiyaya daxil olan partiyaların bəzi siyasətçiləri arasında ictimai mübahisələr yaşanıb, bəzi deputatlar hökumətə dəstəyi dayandırmaq təhdidləri səsləndiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə