Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu: Təcili əməliyyata aparılır




Bir müddətdir ağciyərlərindən narahat olan məşhur aktrisa Hülya Koçyiğitə ağciyər xərçəngi diaqnozu qoyulub.

Sherg.az hürriyet-ə istinadən xəbər verir ki, ABŞ-da olan məşhur sənətçinin diaqnozdan dərhal sonra əməliyyat qərarı verilib.

Bu gün əməliyyat masasına uzanacaq məşhur sənətçi sevənlərindən bir xahiş edib:

"Bu gün mənim üçün çətin bir gündür. Sizə gözəl xəbərlər verməyi ümid edərək yazıram. Hələ Nyu - Yorkdayam. Əməliyyata girəcəyəm birazdan. Sizdən mənim üçün dualarınızı əsirgəməməyinizi ümid edirəm. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun!'