Abituriyentlərə şad xəbər: müddət uzadıldı




Dövlət İmtahan Mərkəzi (DİM) yayda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək məqsədilə elektron ərizə vermək istəyən abituriyentlər üçün sənəd qəbulunun müddətini uzadıb.

Sherg.az xəbər verir ki, bu barədə Trend-ə DİM-dən məlumat verilib

DİM-dən bildirilib ki, elektron ərizə qəbulu mayın 22-də bitmişdi. Lakin DİM çoxsaylı müraciətləri nəzərə alaraq, sənəd qəbulunun müddətinin 24 may saat 11.00-dək uzadıb.

Qeyd edək ki, sistem səhər saat 11-dək bağlı olub.