Rauf Əliyev: "İnanırıq ki, yaxın illərdə Azərbaycan bu məqsədinə nail olacaq"
"Bütün İslam aləminin diqqət mərkəzində olan, dünyanı özünə cəlb edən IV İslam Həmrəyliyi Oyunları artıq tarixə çevrildi. 22may 2017-ci il tarixdə Azərbaycanın paytaxtı Bakı şəhərində "Olimpiya” stadionunda Oyunların möhtəşəm bağlanış mərasimi keçrildi. Bağlanış mərasimi də açlış mərasimi kimi çox möhtəşəm, Azərbaycanın yüksək inkişaf səviyyəsini, İslam dəyərlərini, müasirliyi əks etdirən, yüz milyonlarla tamaşaçı auditoriyasını valeh edən bir beynəlxalq idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq".
Bu barədə Sherg.az-a Milli Məclisin üzvü, Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
O bildirib ki, on gün ərzində İslam Dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində 886 medal uğrunda yarışdılar: "
Bakı-2017 İslam Həmrəyliyi Oyunları bundan qabaq keçrilmiş Oyunlardan bir çox cəhətləri ilə fərqlənərək bu oyunlar tarixində yeni səhifə açdı. Keçən üç Oyunlarda ümumilikdə iştirakçı dövlətlərin 38 milli yığma komandaları tərəfindən cəmi 956 medal, o cümlədən 291 qızıl, 289 gümüş və 375 bürünc medal qazanılmışdısa, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 40 yığma komanda tərəfindən 886 o cümlədən 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanılmışdır. Bu yarşların daha gərgin keçdiyinə, komandalar arasında rəqabətin daha yüksək olduğuna əyani sübutdur.
Azərbaycan idmançıları isə Avropa Oyunlarından, Rio-2016 Olimpiya Oyunlarından sonra növbəti tarixi qələbəyə imza atdılar. Yığmamız ümumikomanda hesabında 1-ci yeri tutaraq ümumilikdə 162 o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə etmişlər. Bu fantastik bir göstəricidir. Yada salmaq lazımdır ki, bundan qabaq keçrilmiş İslam Oyunlarında Azərbaycan yığması ümumilikdə 39 medal, o cümlədən 10 qızıl, 13 gümüş və 16 bürünc medal qazanmışdı. Bu nəticələr bir daha göstərir ki, Azərbaycan artq dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir.
Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda İslam Dünyasında həmrəyliyin, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Oyunların keçrildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam Dünyasının diqqət mərkəzində idi. Azərbaycan bir daha sübut etdi ki, o müasir dünyəvi bir dövlət olmaqla bərabər eyni zamanda din və vicdan azdlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir.
R.Əliyev onu da əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu və böyük uğurla başa çatdı. Azərbaycan növbəti tarixi uğra imza atdı:
"Bütün bu naliyyətlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının hərtərəfli düşünülmüş, müdrik daxili və xarici siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanın yüksək sürətlə inkişaf edən , nəinki regionda eyni zamanda dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi nəticəsində əldə olunmuşdur. Qətiyyətlə demək olar ki, IV İslam Həmrəyliyi Oyunlarını bu səviyyədə keçirtməklə Azərbaycan İslam Həmrəylik Oyunlarının yeni standartlarını müəyyənləşdirdi. Son illərdə Azərbaycanın irimiqyqasli beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi düşünməyə əsas verir ki, Azərbaycan artıq daha böyük idman tədbirinin-Yay Olimpiya Oyunlarını keçirməyə namizəd ölkələrdən birinə çevrilmişdir. İnanırıq ki, yaxın illərdə Azərbaycan bu məqsədinə nail olacaq".
Ayyət Əhməd