Rza Zərrabdan Ebru Gündəşə xəyanət...

“O qızı mənə gətirin, yalnız mənə xidmət etsin”




Ötən il dekabrın 17-də keçirilən korrupsiya olayında şübhəli şəxs qismində saxlanılan iş adamı Rza Zərrabın istintaq işi ilə bağlı yeni faktlar ortaya çıxıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, o, İstanbulda Dubaydan olan bir nazirə və polis rəisinə "gecə qadınları ilə əyləncə” təşkil edib.
İstanbul prokurorluğu ona qarşı "cinsi istismara məruz qoyma məqsədilə insan alveri ilə məşğul olma” ittahamını irəli sürüb.
R. Zərrabla bağlı olan kamera görüntülərində və yaxın adamları olan Abdullah H., Ruçhan B. və Yücəl Ö. ilə telefon danışıqlarında "qonaqlarının gecə qadınları ilə təmin olunması” mövzusu xeyli yer alıb.
Medianın yayınladığı telefon danışıqlarından birinin məzmunu belədir:
"Bu gün Dubayın polis rəisi Türkiyəyə gəlir. Mən onu qarşılamaq üçün aeroportda hazırlıq görürəm, xüsusi bir qarşılanma təşkil edilməlidir” - deyən R. Zərrabın təlimatı yerinə yetirilib və polis rəisini 15 nəfərlik bir heyət qarşılayıb.
Ərəb polis rəisinin şərəfinə gecə əyləncəsi təşkil edən R. Zərrabın telefon danışıqlarında özünü də unutmadığı bəlli olur: "O qızı mənə gətirin, yalnız mənə xidmət etsin”.
Rza Zərrabın Yücəl Ö. ilə telefon danışıqlarında qadınlarla bağlı söhbəti var: "Sənə bayaqdan bəri deyirəm, 7-8 qadın göndərə bilərsənmi? Adamlar çox önəmlidir. Nazir-mazir hamısı orada olacaq, 5 qadın seçəcəklər. Ancaq keçən dəfə göndərdiklərinin bir-ikisi yaxşı deyildi”.
Y. isə bildirir ki, seçdiyi qızlardan biri nişanlıdır və ona bir gecə üçün 1500 dollar verməyə razılaşıblar.
Zərrab: "Lap 2 min verərik, xoşbəxt olsun. Ancaq mənim yanıma gələcək”.
Yücəl: "O, sənin yanına gələcək”.
Zərrab: "Hamısını doğru-düzgün seçdin?”
Yücəl: "Fotolarını bir-bir seçmişəm. Bəyənmədikləriniz geri qayıdacaq. 10-a yaxını qadın gələcək”.