Fəthullah Gülən üçün düymə basıldı! Vətəndaşlıqdan çıxarılır...





Fəthullah Gülənin də aralarında olduğu 14 şübhəlinin prosesə gəlməmələri və tutula bilməmələri vəziyyətində önümüzdəki məhkəmə iclasında vətəndaşlıqdan çıxarma əməliyyatları üçün Daxili İşlər Nazirliyinə yazlı müraciət olunacağı bildirilib.

Adanada Fəthullahçı Terror Təşkilatının (FETÖ) istintaqı daxilində əksəriyyəti iş adamlarından ibarət 25-i məhbus, 105 şübhəlinin mühakimə olunduğu proses 3 gün davam edib. Sonunda 1 şübhəli sağlamlıq problemləri səbəbiylə çıxarılarkən, ByLock istifadəçisi olduqları təyin olunan 6 həbssiz şübhəlinin də həbs olunmasına qərar verilib.
Haqqlarında "terror təşkilatına üzv olmaq" və "terror təşkilatını maliyyələşdirmək" suçu ilə 25 il həbs cəzası ilə cəzalandırılmaları istəyiylə iddia açılan FETÖ lideri Fəthullah Gülənin də aralarında olduğu 14-ü fərari, 25-i məhbus 105 iş adamının Adana 11-çi Kriminal Məhkəməsində mühakimə etmələrinə davam edildi. 7 gün davam edən ilk duruşmada şübhəlilər iddiaları qəbul etməyib. Bəzi şübhəlilər təşkilat ilə əlaqədar bildiklərini izah etdi. Şübhəli iş adamlarından bəziləri, FETÖ-ün Adanadakı təsirli adamlarının adlarını verib. Təsirli peşmanlıqdan yaralanan 11 şübhəlinin azad etməsinə qərar verilib.