50 mindən çox insan toplaşııb

Kiyevdə minlərlə insanın iştirakı ilə etiraz aksiyaları davam edir




Ukraynada minlərlə fəal keçən il hökumətin Rusiyanın xeyrinə Avropa İttifaqı ilə münasibətlərin yaxınlaşdırılmasından imtina etməsi qərarına etiraz məqsədilə keçirilən kütləvi nümayişlərin davamı olaraq paytaxt Kiyevdə toplaşıb.
Bazar günü meydanda nümayişə toplaşanların sayının 50 min olduğu deyilir. Aksiya polis və fəallar arasında toqquşma zamanı müxalifət lideri Yuri Lutsenkonun ağır xəsarət almasından bir gün sonra keçirilib.
Müxalifət liderləri və boks üzrə çempion Viktor Kliçko ukraynalıları küçə nümayişlərini davame etdirməyə və ölkə üzrə tətil keçirməyə çağırıb.
Daha bir müxalifət lideri Arseni Yatsenyuk Qərbi Ukrayna rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. "Biz Qərb tərəfdaşlara əsas istəyimizi bildirmişik. Danışıqlar avxtı keçib. Qərb tərəfindən birinci sanksiya daxili işlər naziri Zaxarçenko və onun insanları döymək əmri verilmiş qrupuna qoyulmalıdır. Bu, bizim Qərbə mesajımızdır”-deyə o bildirib.