Tramp Paris razılaşmasından imtina etdi




 ABŞ prezidenti Donald Tramp istiləşməyə qarşı Paris razılaşmasından imtina edəcəklərini bəyan edib. 

Sherg. az Fransanın L'OBS saytına istinadən xəbər verir ki, D.Tramp həmin məsələyə seçki kampaniyası zamanı da toxunmuşdu və bu qərarla seçicilərinə verdiyi vədə əməl etmiş olacaq. 

Bundan başqa D.Tramp Amerika vətəndaşlarının müdafiəsi üçün əlindən gələni edəcəyini söyləyib. Və bildirib ki, Amerikanın günəşdən qorunması üçün bu addımı atmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, ölkəsinin günəşdən qorunması ilə bağlı Paris razılaşamasından fərqli bir razılaşma ətrafında müzakirələr apara bilərlər. 

Qeyd edək ki, Paris razılaşması 2015-ci ilin dekabrında baş tutub. 190 - dan artıq ölkənin qatıldığı bu razılaşma qlobal istiləşmənin qarşısının alınmasını nəzərdə tutur. 

Ayyət Əhməd