Azarov: Kiyev konfliktin bitməsini gecikdirir

Keçmiş Ukrayna baş naziri Nikolay Azarov hesab edir ki, Kiyev müharibənin sona çatdırılmasını, bir tərəfdən də, demobilizə olunmuş Ukrayna hərbçilərinin üsyanından qorxduğu üçün təxirə salır. Sherg.az-ın məlumatına görə, Azarov deyir ki, hərbçilərin bir qismi silahı ilə geri qayıdacaq və Zelenski və onun ətrafını korrupsiya və qarətə görə hesab verməyə məcbur edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna parlamentinin deputatı Aleksey Gonçarenko da Kiyevin danışıqları gecikdirdiyini tənqid etmişdi.