Oğuzda zəlzələ olub




Oğuz rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:15:18-də qeydə alınıb.

Zəlzələnin dərinliyi 9 km, maqnitudası isə 4.5 olub. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.