Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır




Hazırda ABŞ-da yaşayan, FETO-nun lideri Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi Fətullah Gülənində aralarında olduğu 130 nəfərin vətəndaşlıqdan çıxarılmasına dair təhqiqatların başlandığını elan edib.
Məlumatda qeyd edilib ki, siyahıda adları olan şəxslər 3 ay müddətinə Türkiyəyə qayıtmasalar vətəndaşlıqdan xaric ediləcəklər.