“İlk dəfədir ki, Azərbaycanda ixrac idxalı üstələyir"
11:21 05.06.2017
Arxiv
1133
"Manatın qorunub saxlanması, tələb təklif məsələsi, neftin qiymətində müşahidə olunan enmə və qalxmalar, idxal-ixrac əməliyyatları iqtisadiyyatın inkişafına təsir göstərir0”.
Bunu Sherg.az-a 2017-ci ildə Azərbaycanda ÜDM 1,4% azalacağı ilə bağlı danışarkən iqtisadçı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, bu proseslərin hamısı bir-biri ilə əlaqədardır:
"Azərbaycan hökuməti və digər müvafiq qurumlar pul kütləsinə nəzarəti kifayət qədər gücləndiriblər. Qanunlar qəbul olunub, konstitusion razılıqlar verilib. Bundan sonra pul kütləsi müəyyən qədər daralıb. Bu səbəbdən manata ciddi təzyiqlər yoxdur. Lakin real sektorun inkişafı vacib məsələdir. Bunu inkişaf etdirmək üçünsə investisiya qoymaq, vəsait buraxmaq lazımdır.
Bu məsələləri elə təmin etməliyik ki, ümumdaxili məhsulun həcmində artım təmin olunsun. Keçən ilki 3,1 faiz azalmanın aradan qaldırılması, artımın olması üçün mütləq şəkildə investisiya yatırmalı, qeyri-neft sahəsində inkişafa çalışmalıyıq. Balansı elə yaratmaq lazımdır ki, gələcəkdə problem yaranmasın. İnvestisiya yatırıb, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Manatın indiki səviyyədə qorunub, saxlanması müəyyən insanlar və dövlət üçün əhəmiyyətlidir. Real sahədə inkişaf olması üçün çalışmaq lazımdır”.
İqtisadiyyatda irəliləyişləri müəyyənləşdirən məsələlərin cənab prezidentin diqqətində olduğunu deyən V.Əhmədovun sözlərinə görə, xüsusilə, kənd təsərrüfatının inkişafı önəmli mövqedədir:
"İlk dəfədir ki, Azərbaycanda ixrac idxalı üstələyir. Yəni biz xaricə daha çox məhsul satmışıq. Bu, müsbət addım olmaqla birbaşa manata təsirdir. Digər tərəfdən qeyri-neft sahəsinin inkişafına təsir edən digər sənaye parkları tikilir. Bəziləri bu ilin axırlarında, bəzisi isə gələn il istifadəyə veriləcək. Bunlar hamısı iqtisadiyyata təsir etməlidir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm
Bakıda küçədə səs-küy salan qadın həbs edildi
13:41 19.12.2025
Hadisə