Həcc ziyarətinə gedəcək zəvvarlara XƏBƏRDARLIQ
11:39 05.06.2017
Arxiv
316
Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib.
Mili.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bu barədə sənədlərin qəbulu zamanı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin təqdim etdiyi və zəvvarların imzaladığı müqavilənin xüsusi müddəa bölümündə qeyd olunub. Müddəada göstərilib ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına aparılması qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
Müqavilədə o da qeyd olunur ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır. Bütün məsuliyyət zəvvarın öz üzərinə düşür.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.
Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm
Bakıda küçədə səs-küy salan qadın həbs edildi
13:41 19.12.2025
Hadisə