TƏCİLİ: İntiharlar artır, ailələr də dağılır - Kreditə görə gərginlik
14:05 05.06.2017
Arxiv
1084
Natiq Cəfərli: "Kredit hər ailəyə təsir edəcək problemə çevrilib. Bu da intiharlar, ailələrin dağılması, sosial vəziyyət, yaşam səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər artır"
"Kreditlərlə bağlı banklar və müştərilər arasındakı problemlər artıq kritik həddə çatıb”.
Bunu Sherg.az-a borca görə intihar edənlərin artmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O xatırladıb ki, ölkədə təqribən 2 milyona yaxın insanın kredit borcu var:
"Hətta az qala o qədər insan müxtəlif kredit müqavilələrində zamin kimi çıxış edir. Kredit hər ailəyə təsir edəcək problemə çevrilib. Bu da intiharlar, ailələrin dağılması, sosial vəziyyət, yaşam səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər artır. Nəticə etibarı ilə intiharların da sayının artdığını müşahidə edirik. Təəssüf ki, problemlə bağlı ciddi addımlar hələ də atılmır. Beynəlxalq Bankla bağlı proseslərdə gördük ki, hökumət istəyəndə vətəndaşlara kömək edə bilir. 10 milyard manata yaxın problemli kreditlər Beynəlxalq Bankdan demək olar silindi.
Ümumilikdə, əhali ilə bağlı belə qərarların verilməsi uzun müddətdir gecikdirilir. Çünki devalvasiyadan sonra dollarla olan kreditlərin həcmi və faizləri artdığına görə, əhali az qala götürdüyü kreditin 3 qatını qaytarmalı oldu. Buna isə insanların gücü çatmır, gəlirləri də azalıb. Bu isə borcların qaytarılmayacağına daha çox əminlik yaradır. Dövlətin müdaxiləsi və dəstəyi olmasa, problem həllini tapmayacaq. Məsuliyyət bölgüsü gərəkli olsa da hələlik bütün məsuliyyət vətəndaşların üzərindədir. Problemli kreditlər vətəndaşın, bankın və dövlətin arasında 3 yerə bölünməlidir ki, ilkin mərhələdə məsələnin həlli ilə bağlı müsbət addımlar olsun. Problemlərin həlli uzandıqca, həm ailələrdə, həm də ümumi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Müvafiq komissiya qurulmalı, təkliflər hazırlanmalı və dövlət tərəfindən qəbul olunmalıdır ki, problemli kreditlərlə bağlı məsələlərin son həddə çatdırılmasının qarşısı alınsın”.
Qeyd edək ki, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib. Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib. İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm
Bakıda küçədə səs-küy salan qadın həbs edildi
13:41 19.12.2025
Hadisə