Energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb.
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, N. Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.
ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə N. Əliyevlə bağlı xatirələrini bölüşüb. O, N. Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını bildirib.
"Azərenerji" ASC prezidenti Etibar Piverdiyev də N. Əliyevin faydalı ömür sürdüyünü söyləyib.
"Azərişıq" ASC-nin sədri Balababa Rzayev N. Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.
N. Əliyevin oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "O, gözəl ata, ailə basçısı idi".
F. Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.
Bununla da vida mərasimi başa çatıb.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
13:18
Azərbaycanın dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasiminə qatılıb.
APA-nın məlumatına görə, baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlər Kəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəz Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə iştirak edirlər.
12:00
Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi "Quran" oxunması ilə başlayıb.
Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.
Vida mərasiminin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
10:45
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
APA-nın məlumatına görə, vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
09:47
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.
APA-nın əməkdaşı Heydər Əliyev Beynəlxalq Aeroportundan xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.
Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
07:06
İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.
APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.