Həkimlər də yoxladı

Tovuzda ələ keçən erməni diversant tibbi yoxlamadan keçirildi


Tovuzda hərbçilərimiz tərəfindən ələ keçirilən kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan müvafiq tibbi proseduradan keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycanın da qoşulduğu beynəlxalq  konvensiyaların tələblərin uyğun olaraq Mamiko Xocayanın sağlamlıq durumunu müəyyənləşdirmək üçün hərtərəfli tibbi yoxlama keçirilib. Xatırladaq ki, Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.