Robinzon Kruz gerçək oldu

16 ay boyunca tısbağanın qanını içərək həyatda qalıb


Böyük Okeanda olan bir adam, 16 ay boyunca tısbağanın qanını içərək həyatda qaldığını söyləyir.

Saç və saqqalı bir xeyli uzanmış, İspanca danışan adam, Böyük Okeanın Ebon Atoll adası ətrafındakı qayalıqlarda bölgədə yaşayan sakinlər tərəfindən tapıldı. Adının Jose Ivan olduğunu ifadə edən adam, sağ qalmaq üçün tısbağa, quş əti və əlləriylə tutduğu balıqları yeyərək həyatda qaldığını söylədi.

Yağış yağmadığı zamanlarda su ehtiyacını tısbağa qanı ilə ödədiyini ifadə edən Ivan, 2012-ci ildə yoldaşı ilə Meksikadan Əl Salvadora getmək üçün yola çıxdıqlarını, lakin yoldaşının bir neçə ay sonra okeanda həyatını itirdiyini iddia etdi. Cırıq paltarlı Ivanın sağlamlıq vəziyyətinin yaxşı olmadığı və nəzarət altına alınaraq doyunca su içirildiyi açıqlandı. Səlahiyyətlilər, Böyük Okeanda daha əvvəl də buna bənzər itkin hadisələrinin olduğunu bildirdi.