Elmira Axundova icra orqanlarını tənqid etdi

Millət vəkili: "Binanın uçması nəticəsində ölən gənclər ibrət olmalıdır"




Azərbaycan Millət vəkili Elmira Axundova Milli Məclisdə iki gəncin ölümünə səbəb olan Heydər Əliyev prospektində uçan bina ilə bağlı danışıb.
ANS PRESS-in məlumatına görə, milət vəkili bu hadisədən çox üzüldüyünü bildirib. "Bu cür hadisələr tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verir. Bakıda çoxlu müasir binalr tikilir. Onların üz örtükləri təzələnir. Binanın uçması nəticəsində ölən gənclər ibrət olmalıdır, ki tikinti işlərində belə faciəvi hadisələr baş verməsin. İcra orqanlaeı təkliflərimizə laqeyd yanaşır", - deyə Elmira Axundova deyib.