Sabah gün ərzində bəzi yerlərdə qar yağacaq

Havanın temperaturu -20 dərəcəyə kimi enəcək



Fevralın 6-dək Abşeron yarımadasında gözlənilən soyuq və diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi yerlərdə qısamüddətli zəif qar yağacağı ehtimal olunur. Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 6-8, səhər 3-5, gündüz 0-2 şaxta, bəzi yerlərdə 1 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Fevralın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərd duman müşahidə ediləcək. Lakin Ləkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəyədək isti, dağlarda gecə 15-20, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Nazirliyin məlumatına görə, fevralın birinci ongünlüyündə, xüsusən də birinci ongünlüyün birinci yarısında anomal şaxtalı hava şəraiti Azərbaycan ərazisində davam edəcək.