Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova iki həftəyə yaxındır ki, ev həbsində saxlanılır. ANS PRESS-in məlumatına görə, bu barədə Özbəkistan kütləvi informasiya vasitələri məlumat yayıb. Özbəkistan Təhlükəsizlik Xidmətindəki mənbənin verdiyi məlumata görə, bir qrup şəxs Gülnarə Kərimovanın evinə daxil olub və onun yoldaşını döyüblər. G.Kərimovanın özü və qızına qarşı zor tətbiq edilib.
Daha sonra G.Kərimovanın yoldaşı Rüstəm Maqutov həbs olunub. Prezidentin qızı isə ev həbsinə məhkum edilib.
Hadisənin səbəbləri naməlum qalır. Bildirilib ki, bu hadisədən bir gün qabaq G.Kərimova qızının İsraildə ürək əməliyyatı olunması üçün atasından icazə istəyib.