Yurd TV bağlandı: Яməkdaşlara heç bir rəsmi məlumat verilməyib



Azərbaycanda telekanalın bağlanma xəbəri yayılıb.  Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.

Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.

"Hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.

Musavat.com əlavə edir ki, Yurd TV bu yaxınlarda Prezident Administrasiyasındakı yüksək vəzifəsindən çıxarılan Elnur Aslanova məxsus media quruluşlarındandır.