“Jirinovski olduqca çirkin şəxsiyyətdir”

Vəfa Quluzadə: “O, Rusiyanın hərəkətlərinə, işğalına bəraət qazandırmaq istəyir”



"Nə vaxtsa bizimlə olanların hamısı Rusiyanın tərkibinə qatılmaq istəyir. Məsələn, Orta Asiya ölkələri, Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan hər zaman Rusiyaya birləşməyi arzulayırlar”.

Bunu LDPR lideri Vladimir Jirinovski Kremlin ambisiyaları haqqında danışarkən deyib. Hər zaman olduğu kimi, avantürist siyasətçinin budəfəki açıqlaması da adıçəkilən dövlətlərin ictimaiyyətləri tərəfindən kəskin etirazla qarşılanıb.

Sabiq dövlət müşaviri, politoloq V.Quluzadə Jirinovskini olduqca çirkin bir şəxsiyyət adlandırıb: "Əgər insan bilməzliyindən, qanmazlığından qəbahətlər edirsə, onu bağışlamaq olar. Ancaq bilikli və savadlıdırsa, yəni bilə-bilə səhvlərə yol verirsə, deməli, bu, çox çirkin və alçaq bir adamdır. Ancaq mən Jirinovskinin rəsmi Moskvanın iradəsinə uyğun danışdığına şübhə etmirəm. Kreml elitasının fikirləri sovet imperiyasını bərpa etməkdir. Ona görə də, Jirinovski vaxtaşırı bu cür

bəyanatlar, açıqlamalar verir. Yəni Rusiyanın hərəkətlərinə, işğalyönlü açıqlamalarına bəraət qazandırmaq üçün məqsədyönlü şəkildə ifadələr işlədir”.

V.Quluzadə onu qeyd edib ki, Jirinovski sovet vaxtı "KQB”-nin agenti olub. Bu da onun Putinlə yaxın olmasının səbəblərindən biridir.

İsmayıl