3 yaşındakı uşağın başını yedilər

100-dən çox cəsədi eşiblər


Pakistanda yaşanan tükürpədici hadisədə bir evdə aparılan axtarışda 3 yaşlı bir uşağa aid baş tapıldı. Üstəlik baş yeyilmiş halda idi. 2011-ci ildə yaşanan bu hadisə ilə əlaqədar 2 qardaş həbs olundu.

Evdən gələn qorxunc qoxu səbəbiylə məhəllə sakinləri vəziyyəti polisə bildirdi. Polisin evdə apardığı axtarışda 3 yaşlı uşağın yeyilmiş halda başı tapıldı. 30 yaşlı Məhəmməd Farman və daha sonra 35 yaşındakı böyük qardaş Məhəmməd Arif həbs olunaraq həbsxanaya göndərildi. Dəhşətli hadisənin detalları daha qorxuncdur. İki qardaşın yaşadıqları qəsəbədəki qəbiristanlıqdan 100-dən çox cəsədi çıxararaq başlarını yedikləri müəyyən olundu. Bütün bunların qarşılığında mühakimə olunan Məhəmməd Farman və Məhəmməd Arif yalnız 2 il həbs cəzası aldı. Üstəlik bu onların ilk hərəkəti deyil. Daha əvvəl də adamyeməkdə günahlandırılan qardaşlardan Məhəmməd Farman həbs cəzası almışdı, ancaq həbsdən çıxdıqdan sonra ölü insanları yeməyə davam etmişdi.