Dünya 9 yaşlı bu qızdan danışır (FOTO)

Məktəbli xərçəng xəstəsi olan dostuna dəstək olmaq üçün saçlarını qırxdırıb


ABŞ-da xəstə rəfiqəsinə dəstək olmaq üçün saçını qırxdıran 9 yaşlı uşaq məktəbdən uzaqlaşdırılıb. ANS PRESS-in məlumatına görə, uşağın uzaqlaşdırlmasına səbəb kimi isə onun keçəl halı ilə məktəb formasının uyğun olmaması göstərilib.
Delaney Klements adlı 11 yaşlı qız xərçəng xəstəliyinə yaxalanıb. Aldığı müalicələr nəticəsində qızın saçları tamamilə tökülüb. Uşaq hər dəfə küçəyə çıxanda insanların ona təəssüflə baxmasından çox təsirlənib. "İnsanlar mənim oğlan olduğumu düşünürlər. Bu mənə pis təsir edir".
Lakin o şanslı xəstə olub. Belə ki, qızın 9 yaşlı Kamrin adlı rəfiqəsi ona dəstək olmaq üçün başını keçəl qırxdırıb.
Lakin uşaq bu qərarından sonra məktəb rəhbərliyi tərəfindən eşitdiyi sözlərlə sarsılıb. Uzaqlaşdırma qərarını eşidən Kamrinin anası sosial mediada kampaniya başlayıb. Baş vermiş hadisə ilə bağlı qalmaqaldan ehtiyat edən məktəb rəhbərliyi qərarını ləğv edib.