Ebru Gündəş 52 gün sonra görüntüləndi

Müğənni şəhərdən kənardakı bağ evinin eyvanından dənizi seyr edərkən görüntülənib

 


Ötən ilin dekabr ayında həyat yoldaşı Rza Zərrab rüşvətxorluq əməliyyatı zamanı həbs olunduqdan sonra hər kəsdən uzaq qaçan məşhur müğənni Ebru Gündəş kameralara tuş gəlib.
İfaçı 52 gün sonra onu izləyən paparazzilərin kameralarına görüntülənib. R.Zərrab həbsdən çıxdıqdan sonra da ailələri barədə gəzən xoşagəlməz xəbərlər barədə heç kimə müsahibə verməyən Ebru hər kəsin marağına səbəb olmuşdu. Çətin günlərini yaşayan müğənninin evindən köçdüyü barədə də mediada xəbərlər yayılmağa başlamışdı.
Həyat yoldaşının xarici ölkəyə qaçdığı deyilən müğənni ötən gün şəhərdən kənarda yerləşən bağ evinin eyvanından dənizi seyr edərkən görüntülənib.(anspress)
Qeyd edək ki, bir müddət qabaq cütlüyün söz-söhbətdən və insanlardan uzaq olmaq istədiklərinə görə evdən çölə çıxmadıqları barədə məlumat yayılmışdı. Rza həbsdən çıxdıqdan sonra Ebru Gündəş rahat nəfəs almaq istəsə də alınmayıb. O, yeni köçdüyü evində belə onu narahat edən insanların olduğunu bildirib. Narahat edilmək istəməyən cütlük hətta telefon nömrələrini də dəyişib.